Gündəm Özəl

Unun qiyməti qalxıb — Çörək bahalaşacaq?

Unun qiyməti qalxıb — Çörək bahalaşacaq?

Son bir ayda Azərbaycanda unun qiyməti bahalaşıb.

Demokrat.az xəbər verir ki, topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsinin qiymətində 1 manata yaxın artım olub. Azərbaycanda unun topdansatışı ilə 23 şirkət və bir fərdi sahibkar məşğul olur. Əksər satış mərkəzlərində qiymət artımı qeydə alınıb.

İqtisadçı ekspert Eldəniz Əmirov Demokrat.az-a açıqlamasında bahalaşmanın çörək və digər un məmulatlarının qiymətinə təsirini izah edib:

Unun qiyməti qalxıb — Çörək bahalaşacaq?

“Azərbaycanda çörəyin qiymətinin qalxması hər zaman dünya birjalarında taxılın qiymətinin artmasından 3-4 ay sonra müşahidə edilir. Azalma tendensiyası da eyni cür görülür. Bunun əsas səbəbi ərzaq təhlükəsizliyi baxımından ehtiyat buğdanın əvvəlcədən təmin olunmasıdır. Buğda və unun qiymətinin bahalaşacağının çörəyin qiymətinə təsir edəcəyini gözləmirəm. Nəzərə alsaq ki, bahalaşma cüzi miqdardadır, bunun çörəyin qiymətinə hər hansı formada təsir etməsi gözlənilən deyil”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova