“Polisə Dəstək” İctimai Birliyi QHT Agentliyinin maliyyə yardımı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki şəhər filialında “İnsan alverinə qarşı mübarizə və ictimai təşəbbüslər” mövzusunda geniş seminar, müşavirə keçirmişdir.
Tədbiri ADPU-nun Şəki filialının direktoru, fizika riyaziyyat elmləri doktoru Rafik Rəsulov giriş sözü ilə açaraq “İnsan alveri”–insanın əşya kimi alqı-satqısı ətrafında iştirakçılara qısa məlumat vermiş, sonra sözü layihənin rəhbəri, “Polisə Dəstək ” İctimai Birliyinin sədri Şəmsəddin Əliyevə vermişdir.
Ş.Əliyev Layihənin məqsədi barədə iştirakçılara lokanik məlumat vermiş, insan alverini doğuran səbəblər və onların aradan qaldırılması, insan alveri qurbanlarının reinteqrasiyası, habelə insan alveri cinayətlərini XXI əsrin – müasir köləliyi kimi diqqətə çatdıraraq bu cinayətlərin transmilli mütəşəkkil cinayətkarlığın xüsusilə ağır növü olması istiqamətində tələbə və pedaqoji heyətə məlumat vermişdir.
Sonra Layihənin eksperti, səriştəli hüquqşunas Aydın Kərimov insan –alveri cinayətlərinə qarşı mübarizədə cəmiyyətin iştirakı və bu cinayətlərin bəşəriyyətə və bəşəri dəyərlərə zərəri ətrafında məlumat vermişdir.
Şəki şəhər Polis şöbəsinin Yetkinlik Yaşına Çatmayanların işləri üzrə inspektoru, polis mayoru Anar Xaliqov da insan alveri cinayətlərinin profilaktikası məqsədilə gənclər arasında geniş maarifləndirmə tədbirlərin həyata keçirilməsinin zəruriliyini vurğulamışdır.
Tədbirin sonunda verilən suallar cavablandırılmış və xatirə şəkili çəkdirilmişdir.


