Türkiyədə avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Demokrat.az xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.
Bildirilib ki, qəza ölkənin Kahramanmaraş vilayətində baş verib.
Hadisə nəticəsində avtomobildə olan 5 nəfər xəsarət alıb.
Əraziyə təcili tibbi yardım və polis qrupları göndərilib.
Yaralılar xəstəxanaya çatdırılıb və onlara tibbi yardım göstərilib.
Aysu Demokrat.az


