Şou-biznes

İsraildə çətin vəziyyətdə qalan Samirə artıq Türkiyədədir — YENİLƏNİB

İsraildə çətin vəziyyətdə qalan Samirə artıq Türkiyədədir — YENİLƏNİB

İsraildə çətin vəziyyətdə qalan "Avroviziya" təmsilçimiz Samirə Əfəndi artıq Türkiyəyə gedib.

Demokrat.az xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında bildirib.

"Çox şükür İstanbula çatdıq. Sabah TV vasitəsi ilə sizi maraqlandıran bütün suallara cavab verəcəm. Allah hamını qorusun və səbr versin" -deyə Samirə qeyd edib.

Xatırladaq ki, oktyabrın 7-də Fələstinin radikal "HƏMAS” hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb və şəhərləri bombalayıb. Həmin dəhşətli və qorxu dolu anlara öz gözü ilə şahidlik edən Azərbaycanı 2020-2021-ci illərdə "Avroviziya" beynəxalq mahnı yarışmasında təmsil edən, müğənni Samirə Əfəndi olub. O, sosial şəbəkə hesabında canlı yayım açaraq paytaxt Tel-Əvivdə baş verən hadisələrdən söz açıb.

Qeyd dedək ki, son məlumatlarda ölən israillilərin sayının 1100-ə çatdığı, 2000-dən çox yaralının olduğu bildirilib.

*** 09:47

Müğənni Samirə Əfəndi ailəsi və meneceri ilə birlikdə İsraili tərk edə bilib.

Demokrat.az xəbər verir ki, barədə o, sosial media hesabında bildirib.

O, hava limanından foto paylaşaraq Tel-Avivdən İstanbula uçduğunu qeyd edib.

D
demokrat.az