Hadisə

Azərbaycanda qohumlar arasında dava düşdü

Azərbaycanda qohumlar arasında dava düşdü

Ağstafada döyülmə faktı qeydə alınıb.

Demokrat.azoxu.az-a istinadən bildirir ki, 30 yaşlı Elməddin Əsgərov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə dərhal lazımi tibbi yardım göstərilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilir.

Xəstənin dediyinə görə, qohumu (qayını) tərəfindən döyülüb.

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır.

D
demokrat.az