Hadisə Özəl

Ukraynadan rus dilinə qarşı növbəti ADDIM

Ukraynadan rus dilinə qarşı növbəti ADDIM

“Ukrayna dövləti Odessada rus dilinin istifadəsinə qarşı nəzarəti gücləndirəcək”.

Demokrat.az xəbər verir ki, bunu Ukraynanın ombudsmanı Taras Kremin bəyan edib.

O, rus dilinin istifadəsinə qarşı nəzarətin gücləndirmək niyyətində olduğunu bildirib.

“Odessanın ümumi məlumat üçün reklam və informasiya sahələrində dil qanunvericiliyinə əməl olunmasına nəzarət gücləndirilməsi vacibdir. Yalnız yerli özünüidarəetmə orqanları ilə reklam, xidmət və ya ticarət sahəsində fəaliyyət göstərən biznes subyektləri arasında sıx qarşılıqlı əlaqə bu vəziyyəti yaxşılaşdıra bilər”.

Xatırladaq ki, bu yaxınlarda Rusiyanın Xarici İşlər Nazirliyi Latviya mediasında rus dilinin qadağan edilməsi qərarını ayrı-seçkilik adlandırmışdı.

Elmar Heydərli Demokrat.az

D
demokrat.az