İtaliyanın Venesiya şəhəri yaxınlığında turist avtobusu yerüstü keçiddən aşıb.
Demokrat.az xəbər verir ki, bu barədə "EuroNews" məlumat yayıb.
Məlumata əsasən, avtomobil təxminən 15 metr hündürlükdən elektrik naqillərinin üzərinə düşərək alovlanıb.
Qəzada 21 nəfərin ölüb, 18 nəfər isə ağır yaralanıb.
Qəza ilə əlaqədar şəhər ərazisində matəm elan edilib.
Qeyd edək ki, avtobusda olan turistlər arasında ukraynalı, alman, fransız və xorvatların da olduğu bildirilir.
Aysu Demokrat.az


