Şou-biznes

Brilyantlarım oğurlanıb — Əməkdar artist

Brilyantlarım oğurlanıb — Əməkdar artist

Əməkdar artist Rühəngiz Allahverdiyevanın brilliantları oğurlanıb.

Demokrat.az Bizim.Media-ya istinadla xəbər verir ki, sənətçi bu haqda qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində danışıb.

R. Allahverdiyeva bildirib ki, oğurluq məsələsi ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etməyib:

“Brilliantlarım oğurlanıb. Evimdə nə brilliantlar var idisə, hamısı oğurlandı. O qədər də çox deyildi. Özü də o brilliantları öz zəhmətimlə almışdım. Onları mənə hansısa bir kişi bağışlamamışdı və ya almamışdı. Millətimin toylarına gedib pul qazanıb, qəpik-qəpik yığıb o brillantları almışdım. Oğurluqla bağlı polisə şikayət etməmişəm. O brilliantlarım kimdədirsə, onları rahatlıqla yeyə bilməyəcək”.

D
demokrat.az