Dünya Özəl

"Lassa" qızdırması 181 nəfərin həyatına son qoydu

Lassa qızdırması 181 nəfərin həyatına son qoydu

Nigeriyada "Lassa" qızdırmasından ölənlərin sayı 181-ə yüksəlib.

Demokrat.az xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzindən (NCDC) bildirilib.

Məlumatda, ölkədə yanvar-sentyabr ayları arasında Lassa qızdırması epidemiyasının 28 əyalətin 112 bölgəsində, eləcə də paytaxt Abucada yayılmağa davam etdiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, bu dövrdə 1068 Lassa qızdırması aşkar edilib və epidemiya nəticəsində həyatını itirənlərin sayı 181-ə yüksəlib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova