Türkiyənin Kayseri vilayətində minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Demokrat.az xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində avtomobil iki hissəyə ayrılıb.
Nəticədə 1 nəfər dünyasını dəyişib, avtomobildə olan 3 nəfər isə yaralanıb.
Qəza yerinə polis və Təcili tibbi yardım qrupları göndərilib, yaralılar xəstəxanaya çatdırılıb.
Qəza ilə bağlı araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


