Türkiyə Azərbaycanın icbari avtosığorta modelini tətbiq etmək istəyir.
Türkiyə Sığorta və Özəl Pensiya Tənzimlənməsi və Nəzarəti Agentliyinin sədr müavini Fatma Ebru Gençosmanoğlu "APA-Economics"ə açıqlamasında bildirib ki, qurum ölkədə Azərbaycanın icbari avtosığorta modelini tətbiq etmək istəyir. Bunun üçün təhlillər aparılacaq, modelin mənfi və müsbət tərəfləri araşdırılacaq.
Sığorta sahəsi üzrə ekspert İlkin İbrahimov Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanda 99 faiz avtomobil sığortalanıb:

“Ölkədə avtomobillərin icbari sığortası radar sisteminə inteqrasiya olunub. Dövlət Yol Polisi ilə İcbari Sığorta Bürosu arasında əlaqələr möhkəmdir. Ona görə də radar sistemi bunu görür. Nəticədə avtomobilin sığortasının olub-olmadığını bilmək asanlaşır. Sığortası olmayan avtomobil haqqında dərhal protokol tərtib olunur və sürücüyə göndərilir. Türkiyə təcrübəsində belə bir şey yoxdur”.
Törə Zeynallı Demokrat.az


