Gündəm

Suqovuşanın işğaldan azad edilməsindən 3 il ötür

Suqovuşanın işğaldan azad edilməsindən 3 il ötür

Bu gün Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinin erməni işğalından azad edilməsindən 3 il ötür.

2 oktyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələriTərtərşəhərini, rayonun Şıxarxqəsəbəsini və Bərdərayonunun Soğanverdilərkəndini intensiv artilleriya atəşinə tutub.

Azərbaycan Ordusu 3 oktyabr tarixində Tərtər rayonunun Talışvə Madagiz kəndlərini tamamilə işğaldan azad edib.

Azərbaycan Müdafiə Nazirliyininverdiyi məlumata əsasən, Madagiz-Ağdərəistiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborunun 4 tankı məhv edilmiş, 3 tankı isə qənimət götürülüb.

Həmçinin Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib.

Əməliyyat nəticəsində Ermənistan ordusu xeyli canlı və qüvvə texnika itirir. Azərbaycanın Suqovuşan su anbarınıələ keçirməklə düşmənin enerji potensialına zərbə vurulmuş, Tərtər, Goranboy və Yevlaxrayonlarına suyun verilməsi ilə ekoloji tarazlıq təmin olunub.

Prezident İlham Əliyevin oktyabrın 3-də verdiyi qərara əsasən, Madagizintarixi adı olan Suqovuşanadı bərpa edilib.

“Suqovuşanın azad olunmasına görə” medalı təsis edilib və Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 29-davə 2021-ci ilin iyununimzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

NE
Nihadə Eyyubova