Türkiyənin Ərzincan vilayətində pikap və yük maşını toqquşub.
Demokrat.az xəbər verir ki, hadisə səhər saatlarında vilayətin Tercan rayonunda baş verib.
Qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə ağır yaralanıb.
Əraziyə təcili tibbi yardım və polis qrupları göndərilib.
Yaralılar xəstəxanaya yerləşdirilib. Qəza ilə bağlı araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


