Sosial

Sahibkarlarla növbəti görüş Salyan rayonunda keçiriləcək

Sahibkarlarla növbəti görüş Salyan rayonunda keçiriləcək

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Demokrat.az-ın məlumatına görə, SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Salyan rayonunda görüşü təşkil olunacaq. Aksiya Təzəkənd ərazisində QPS-in qarşısında baş tutacaq.

“Səyyar qəbul otağı” oktyabrın 3-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

D
demokrat.az