Tibb üzrə 2023-cü il Nobel Mükafatının qalibləri məlum olub.
Demokrat.az xəbər verir ki, bu barədə məlumatlar xarici mediada yer alıb.
Bildirilib ki, macarıstanlı Katalin Kariko və ABŞ-dən Drew Weissman "mRNT" peyvəndi üzərində aparılan işlərinə görə tibb üzrə Nobel mükafatına layiq görülüblər.
Həmçinin, mükafat sahiblərinin müasir dövrdə insan sağlamlığı üçün vacib olan peyvəndlərin inkişafına töhfə verdikləri bildirilib.
Qeyd edək ki, oktyabr ayı ərzində Fizika, Kimya, Ədəbiyyat, Sülh və İqtisadiyyat sahələrində olan şəxslərin də Nobel mükafatı təqdim ediləcək.
Aysu Demokrat.az


