Gündəm

TDT-dən Qənirə Paşayevanın ölümü ilə bağlı BAŞSAĞLIĞI

TDT-dən Qənirə Paşayevanın ölümü ilə bağlı BAŞSAĞLIĞI

Türk Dövlətləri Təşkilatı deputat Qənirə Paşayevanın ölümü ilə bağlı başsağlığı mesajı yayımlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə təşkilatın X-dəki rəsmi səhifəsində paylaşım edilib.

"Bütün ömrünü Türk Dünyasına xidmətə həsr edən, Azərbaycan deputatı Qənirə Paşayevanın vəfatını böyük bir üzüntü ilə öyrənmiş olduq. Mərhuma Allahdan rəhmət, ailəsinə və sevənlərinə səbir diləyirik. Türk Dünyasının başı sağ olsun...", - deyə qeyd olunub.

D
demokrat.az