Sosial

Jurnalist, yazar, deputat... — Qənirə Paşayevanın DOSYESİ

Jurnalist, yazar, deputat... — Qənirə Paşayevanın DOSYESİ

Milli Məclisin deputatı Qənirə Paşayeva vəfat edib. O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Modern.azvəfat edən deputatın tərcümeyi-halını təqdim edir. Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. 1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb. 2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub. Qənirə Paşayeva III, IV, V və VI çağırış Milli Məclisin deputatı olub. Milli Məclisin Mədəniyyət komitəsinin sədri idi. "Nobel mükafatlı qadınlar", "Tarixə adını yazan qadınlar", "Xocalı soyqırımı (26 fevral 1992): şahidlərin dilindən", "Səndən sonra", "Türk ruhunun söz bayrağı Əhməd Cavad" kitablarının müəllifidir. Allah rəhmət eləsin!

NE
Nihadə Eyyubova