Hadisə

Oğuzda qarşısına at çıxan avtomobil qəzaya uğradı: Xəsarət alanlar var

Oğuzda qarşısına at çıxan avtomobil qəzaya uğradı: Xəsarət alanlar var

Oğuzda qarşısına at çıxan avtomobil qəzaya uğrayıb, xəsarət alanlar var.

“Report”un məlumatına görə, hadisə Oğuz-Kərimli-Şəki avtomobil yolunun rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Kərimli kənd sakini 1960-cı il təvəllüdlü Teymur Möhöbbət oğlu Nurəliyev idarə etdiyi VAZ-2106 markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan atı vurub. Nəticədə idarəetmədən çıxan avtomobil kanala aşıb.

Qəza zamanı sürücü və onun sərnişini, 1984-cü il təvəllüdlü Zarifa İzzatova Şaxsadinovna xəsarət alıb. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az