“Tailand Krallığının geniş tərkibli nümayəndə heyətinin Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərin inkişafına təkan verəcək”.
Bunu Demokrat.az-a açıqlamasına Azərbaycan – Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev deyib. O qeyd edib ki, bir müddət öncə Azərbaycanda səfərdə olan tailandlı senator və deputatlar Tailand parlamentinin sədri Van Muhamad Nur Matha ilə görüşüb, iki ölkə əlaqələrinin gələcək perspektivləri barədə fikir mübadiləsi aparıblar:
“Hədiyyələrimiz rəsmi formada parlament sədrinə təqdim edilib. Tailand parlamentində tezliklə Azərbaycan parlamenti ilə dostluq qrupunun yaradılmasının önəmi barədə məlumat verilib.
Cənab Van Nur Matha bu təşəbbüsü yüksək qiymətləndirib və öz təşəkkürünü bildirib.
İki ölkə arasında münasibətlər sürətlə inkişaf edə bilər. Cari ilin sonuna qədər Tailand – Azərbaycan dostluq qrupunun ölkəyə səfəri gözlənilir. Azərbaycan nümayəndə heyəti də rəsmi formada Tailanda dəvət olunub. Artıq müvafiq iş planı nəzərdən keçirilib. Məqsəd Azərbaycan – Tailand əlaqələrində yeni səhifə açmaqdır”.
Törə Zeynallı Demokrat.az





