Xəbər verdiyimiz kimi, “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” Ruben Karleni Vardanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.
Günüsesi.info Dövlət Sərhəd Xidməti tərəfindən paylaşılan fotoda Vardanyanı saxlayan hərbçilərdən birinin kimliyini öyrənib.
Belə ki, Vardanyanın qolundan tutan gənc hərbçi Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin oğlu Məhəmməd Quliyevdir.
Bakupost.az –ın əldə etdiyi məlumata görə, Ruben Vardanyanı saxlayan digər şəxs isə DSX-nin polkovniki Azər Şirinovdur.



