Xəbər verdiyimiz kimi, Xankəndini tərk edən erməni sakinlərdən biri məşhur azərbaycanlı travmatoloq Yaşar Cəlilovla dost olduğunu demişdi. Ölkə.Az xəbər verir ki, erməni AzTV-nin müxbirinə danışarkən özünün vaxtilə Y.Cəlilovla birgə işlədiyini söyləmişdi. Ölkə.Az erməni sakini açıqlamasından sonra travmatoloq Y.Cəlilovla söhbətləşib. - Adınızı çəkən erməni həkim kimdir? Tanıdınızmı onu? - Bildim. O, onkoloqdur. Ad soyadı dəqiq yadımda qalmayıb. Mən Xankəndidə 10 il işləmişəm. Həmin erməni onkoloji xəstəxanada işləyirdi, cərrah idi. Arada görüşürdük. Mən vilayət xəstəxanasında travmatologiya şöbəsinin müdiri idim. Ora gəlib-gedirdi deyə tanıyıram. İclaslarda filan bir yerdə olmuşuq. - Bilirsiniz ki, artıq birgəyaşayış məsələsi gündəmdədir. Nə vaxtsa həmin həkimlə əlaqə yaratmaq istəyərdinizmi? - Onunla o qədər də yaxından tanış deyildik. Bilirəm ki, onkoloqdur. O onkoloji dispanserdə işləyirdi, mən isə vilayət xəstəxanasında. Mən cərrahları yaxşı tanıyırdım. Bununla da salam-sağolumuz var idi, amma o qədər də yaxından tanış deyildik. ARDI VAR...
Qarabağı tərk edən erməninin “dostum” dediyi məşhur azərbaycanlı DANIŞDI
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


