Hadisə

Bakıda avtobus "Kamaz"la toqquşdu: Sərnişin öldü

Bakıda avtobus Kamazla toqquşdu: Sərnişin öldü

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, 40 saylı sərnişin avtobusu hərəkətdə olarkən “KamAZ” markalı avtomobillə toqquşub.

Nəticədə avtobusda olan sərnişin, 1966-cı il təvəllüdlü Əliyeva Adikə İsa qızı aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hadisənin təfərrüatı araşdırılır.

D
demokrat.az