Hadisə Özəl

Aeroport yolunda ağır qəza — "Prius"lar "Prado" ilə toqquşdu (FOTO)

Aeroport yolunda ağır qəza — Priuslar Prado ilə toqquşdu (FOTO)

Bakının Heydər Əliyev prospektindən hava limanına gedən istiqamətində, “Koroğlu” metrostansiyası yaxınlığında ağır yol qəzası baş verib.

Demokrat.az-ın hadisə yerində olan jurnalisti xəbər verir ki, qəza nəticəsində 3 avtomobil bir-biri ilə toqquşub. Qəzaya düşən avtomobillərdən ikisi "Toyota Prius", biri isə "Toyota Prado" markalıdır.

Hadisə zamanı avtomobillər aeroport yolundakı bardyora çırpılaraq yolun əks istiqamətinə düşüb.

Xəsarət alanlar var.

Aeroport yolunda ağır qəza — Priuslar Prado ilə toqquşdu (FOTO)

Elmar Heydərli Demokrat.az

NE
Nihadə Eyyubova