Türkiyənin xarici işlər naziri Hakan Fidan İsveçrənin xarici işlər naziri İqnazio Kassis və Misirin xarici işlər naziri Samih Şükri ilə görüşüb.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib.
Məlumata əsasən, görüş Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyası çərçivəsində Nyu Yorkda baş tutub.
Tərəflər ikitərəfli münasibətləri, regional məsələlər və beynəlxalq təşkilatlar üzrə əməkdaşlıq, həmçinin, Ukraynadakı son hadisələri müzakirə ediblər.
Aysu Demokrat.az


