Hadisə

Zaqatalada körpünü sel apardı — FOTO

Zaqatalada körpünü sel apardı — FOTO

Son günlər leysan xarakterli yağan yağışlar Zaqatala rayonunda da fəsadlar törədib.

Demokrat.az xəbər verir ki, rayonun Qazangüldə qəsəbəsində körpünü sel aparıb. Bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb.

Məsələ ilə bağlı “Qafqazinfo” Zaqatala rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb. Qurumdan müraciətə cavab olaraq bildirilib ki, hadisə sentyabrın 17-si gecə saatlarında baş verib: “Gələn güclü sel nəticəsində körpünün bənd hissəsini su aparıb. Körpü istifadəsiz vəziyyətə düşüb. Onun bir hissəsi qalıb, digər hissəsini su aparıb”.

Zaqatalada körpünü sel apardı — FOTO

D
demokrat.az