“Anlaşılmayan odur ki, ABŞ boyda bir dövlət Ermənistanda nə görüb, niyə bu qədər erməni sevdalısıdır?! Bunun yeganə bir izahı var – Rusiyanı onun əli ilə vurmaq. Xristian faktoru ABŞ üçün o qədər də önəmli deyil. Yenə də bu, ağılsızlıqdır. Birləşmiş Ştatlar başa düşməlidir ki, Cənubi Qafqazın açarı Azərbaycanın əlindədir, Ermənistanın deyil”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
O qeyd edib ki, dünyaya hegemonluq etmək istəyən bir dövlət bütün hallarda ədaləti unutmamalıdır:

“Bu cür səviyyəsiz çıxışlar ABŞ-nin Azərbaycanda reytinqini aşağı salır. Biz həmişə bu və ya digər formada Amerikanın mövqeyini dəstəkləyən dövlət olmuşuq, ondan düzgün mövqe orta qoymağı gözləmişik. Görünən odur ki, yanılırıq. Yuri Kim – bu xanımın ayağı bir dəfə də olsun, buralara dəyməyib. Menendesi başa düşürük, Arslanyan faktoru var. Ermənilərin tarix boyu qadınlardan istifadə etməsi məlum bir şeydir... ABŞ özünü düşüncəsiz aparır. Bu, məsələnin həllinə kömək etmir, əksinə, qarşıdurmanı bir az da artırır. Belə olan halda Amerika Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb, çıxarmaq planını heç cür həyata keçirə bilməyəcək”.
Törə Zeynallı Demokrat.az


