Sosial Özəl

“Elektromobillərə maraq çox olsa da almağa imkan yoxdur” — Ekspert

“Elektromobillərə maraq çox olsa da almağa imkan yoxdur” — Ekspert

Azərbaycana elektromobil idxalı 7 dəfəyə yaxın artıb. 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycana 74 milyon 136 min dollar dəyərində 1803 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) idxal edilib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,8 dəfə və ya 1536 ədəd, məbləğ baxımından isə 8,2 dəfə və ya 65 milyon 76 min dollar artıb. Lakin yenə də əksəriyyət ənənəvi mühərrikli avtomobillərdən istifadə edir.

Nəqliyyat eksperti Rövşən Həsənov Demokrat.az-a açıqlamasında deyib ki, elektromobillərin gömrük rüsumları ƏDV-dən azad olsa da maya dəyəri bahadır:

“Elektromobillərə maraq çox olsa da almağa imkan yoxdur” — Ekspert
“Söhbət qiymətdən gedir. Əgər dizel və ya benzinlə çalışan avtomobilləri yarı qiymətə almaq mümkündürsə, elektromobil ikiqat baha qiymətə başa gəlir. İnsanlar elektromobillərə maraq göstərsə də maddi imkan almağa yol vermir.

Azərbaycanda elektromobillərin texniki baxışında da problemlər yaşanır. Biri var buradan alınır, biri var xaricdən gətirilir. Əgər xaricdən alınırsa, risklər də böyükdür. 40-50 min arası pul verilir, sonra isə problemlər yarana bilir. Ölkədə avtomobil dillerlərinin qiyməti də yüksəkdir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova