Dünya Özəl

Mərakeşdə zəlzələdən zərər çəkənlərə 200 milyon dollar ianə verildi

Mərakeşdə zəlzələdən zərər çəkənlərə 200 milyon dollar ianə verildi

Mərakeş kralı VI Məhəmməd və Mərakeş Mərkəzi Bankı zəlzələ qurbanları üçün açılan yardım hesabına 2 milyard dirhəm (təxminən 200 milyon dollar) ianə etmək qərarına gəlib.

Demokrat.az xəbər verir ki, bu barədə Mərakeş Kral ailəsinə aid "Al Mada" qrupu yazılı açıqlama yayıb.

Açıqlamaya görə, zərər çəkənlər üçün açılan xüsusi hesaba 2 milyard dirhəm (təxminən 200 milyon dollar) bağışlanmasına qərar verildiyi bildirilib.

Həmçinin, ianə planının qrupun əsas səhmdarı Kral VI Məhəmmədin təklifi ilə həyata keçirildiyi bildirilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova