Sosial

Salyan RİH başçısı vətəndaşları qəbul etdi — FOTOLAR

Salyan RİH başçısı vətəndaşları qəbul etdi — FOTOLAR

13.09.2023-cü il tarixində Salyan Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların müraciətlərinə baxılması üçün növbəti qəbul keçirilib.

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, aparatın şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib.

Vətəndaşların müraciətləri dinlənilib və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunaraq, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıq verilib, digər mövzularla bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə tapşırıq verilib. Ümumilikdə qəbul zamanı 30-a yaxın rayon sakinlərinin müraciətinə baxılıb, şəhid ailələri, qazilər və müharibə iştirakçıları isə növbədənkənar qəbul edilib.

Salyan RİH başçısı vətəndaşları qəbul etdi — FOTOLAR
Salyan RİH başçısı vətəndaşları qəbul etdi — FOTOLAR
Salyan RİH başçısı vətəndaşları qəbul etdi — FOTOLAR

D
demokrat.az