Mərakeşdə baş verən zəlzələdə həyatını itirənlərin sayı 2 min 862 nəfərə yüksəlib.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda, Mərakeşin El-Huz bölgəsində olan 7 bal gücündə zəlzələdə həyatını itirənlərin sayının 2 min 862, yaralı sayının isə 2 min 562-yə yüksəldiyi bildirilib.
Xatırladaq ki, sentyabrın 8-nə keçən gecə Mərakeşdə 7 bal gücündə zəlzələ baş verib.
Aysu Demokrat.az


