Fərat Qalxanı Hərəkatı bölgəsində 4 PKK/YPG terrorçusu Türkiyə ordusu tərəfindən zərərsizləşdirilib.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bölgədə təhlükəsizliyin təmin edilməsi ilə bağlı əməliyyatlar davam etdirilir:
"Bu çərçivədə yeganə məqsədi qan tökmək olan PKK/YPG terrorçularına lazımi müdaxilələr göstərilir. Son əməliyyat nəticəsində qəhrəman Türkiyə Silahlı Qüvvələri tərəfindən 4 PKK/YPG terrorçusu zərərsizləşdirilib".
Aysu Demokrat.az


