Region

Türkiyədə ağır yol qəzasında 4 nəfər öldü

Türkiyədə ağır yol qəzasında 4 nəfər öldü

Türkiyənin Dənizli şəhərinin Serinhisar rayonuna bağlı Pınarcık məhəlləsində avtomobil qəzasında 4 nəfər ölüb.

Demokrat.azxəbər verir ki, hadisə Dənizli - Antalya magistral yolunda baş verib.

Bildirilib ki, qəzaların tez-tez baş verdiyi Pınarcık məhəlləsində dönməyi çatdırmayan avtomobil yoldan çıxaraq çuxura düşüb.

Qəza 4 nəfərin ölümü ilə yanaşı 3 nəfərin də yaralanması ilə sonuclanıb.

Faktla bağlı araşdırma aparılır.//Report

D
demokrat.az