Hadisə

"Döyüş mövqelərimiz və hərbi nəqliyyat vasitələrimiz düşmən snayperləri tərəfindən atəşə tutulub" - DSX

Döyüş mövqelərimiz və hərbi nəqliyyat vasitələrimiz düşmən snayperləri tərəfindən atəşə tutulub - DSX

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sər­həd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Demokrat.az-a verilən məlumata görə, 28 iyul tarixində saat 09:00-dan etibarən bir neçə istiqamətdən döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən snayperləri tərəfindən atəşə tutulub. Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.

Demokrat.az

D
demokrat.az