Türkiyənin Adana vilayətində iki motosikletin toqquşması ölümlə nəticələnib.
Demokrat.az xəbər verir ki, hadisə səhər saatlarında vilayətin Tufanbəyli rayonunda baş verib.
Hadisə yerinə dərhal təcili tibbi yardım qrupları göndərilib və yaralılar xəstəxanaya yerləşdirilib.
Yaralılardan birini edilən müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, digər 2 yaralının həyati təhlükəsi davam edir.
Aysu Demokrat.az


