Türkiyənin Kahramanmaraş şəhərində azərbaycanlı tələbələr qəza törədib.
Demokrat.az xəbər verir ki, Kahramanmaraş-Kayseri yolu üzərində baş vermiş qəzada 4 nəfər yaralanıb.
Fərid Ağazadə icarəyə götürdüyü 46 PC 805 nömrə nişanlı avtomobili yol kənarındakı maneəyə çırparaq tarlaya sürüklənib. Fərid və maşınında olan 3 tələbə dostu yaralanıb.
Hadisə yerinə gələn təcili yardım maşınları yaralıları xəstəxanaya çatdırıb, vəziyyətləri normaldır.(Metbuat.az)


