Hadisə Özəl

Çilidə güclü zəlzələ baş verdi

Çilidə güclü zəlzələ baş verdi

Çili sahillərində 6,3 bal gücündə zəlzələ baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə Milli Seysmologiya Mərkəzi məlumat yayıb.

Mərkəz 6,3 bal gücündə zəlzələnin 35 kilometr dərinlikdə baş verdiyini bildirib.

Həmçinin səlahiyyətlilər zəlzələdə can və ya mal itkisinin olmadığını açıqlayıb.

Xatırladaq ki, Çili zəlzələlərin tez-tez baş verdiyi ölkələrdən biridir. 2010-cu il fevralın 27-də ölkədə baş verən 8,8 bal gücündə zəlzələ nəticəsində 500-dən çox insan həyatını itirib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova