Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xorvatiyanın paytaxtı Zaqrebdə “Xorvat qurbanlarının səsi – Ağrı divarı” abidəsini ziyarət edərək önünə əklil qoyub.
Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan XİN "X"də məlumat yayıb.
"Nazir Xorvatiya uğrunda canlarından keçmiş insanların xatirəsini ehtiramla yad edib", - xarici siyasət idarəsinin sosial şəbəkə hesabında qeyd olunb.


