Kriminal Özəl

Masallıda yaşlı kişi arvadını döydü — TƏFƏRRÜAT

Masallıda yaşlı kişi arvadını döydü — TƏFƏRRÜAT

Masallı rayonunda 1980-ci il təvəllüdlü Zahid ailə münaqişəsi zamanı həyat yoldaşı Səkinəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Masallı rayonunun kəndlərindən birində baş verib.

Zahid özünə məxsus olan fərdi yaşayış evində ailə münaqişəsi zəminində baş vermiş mübahisə zamanı arvadının sağ göz nahiyəsinə bir dəfə qəsdən yumruqla vurub.

Hadisəni törədən Zahidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zahid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, zərərçəkmiş Səkinə onun həyat yoldaşıdır, onunla 19 ildir ki, ailə həyatı qurub, aralarında bəzən ailə münaqişəsi olub:

“Əvvəllər də həyat yoldaşımı döydüyüm üçün Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişəm. Lakin həyat yoldaşımıa barışdığım üçün Masallı rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qərarı ilə barəmdə aparılan işə xitam verildi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə hadisə günü, gecə gecə 2 radələrində kafelərin birində spirtli içki qəbul edərək evə gəlib:

“Evə gələndə arvadım məni qarşıladı. Qarşılayanda məni insan yerinə qoymayaraq hörmətsizlik etdi. Nə üçün belə davarandığını soruşdum. Səkinə yorğun olduğunu və səhəri gün işə gedəcəyini bildirdi. Hörmətsizlik etdiyinə görə Səkinə ilə sözlə mübahisə etdim. Həmin mübahisədən sonra dava olmasın deyə arvadım evdən çıxaraq anam Sevdagilə getdi. Getdikdən təxminən 1 saat sonra anası ilə geri qayıtdı. Anam nə üçün mübahisə yaratdığımı soruşanda ailə daxili söhbətimin heç kimə aid olmamasını bildirdim. Səkinə nə üçün spirtli içki içməyimi, onunla mübahisə yaratmağımı soruşdu. Səkinənin üzərinə gedən zaman məni itələdi, ondan əl çəkməyimi istədi. Məni itələdiyinə görə əsəbləşdim, Səkinənin sağ göz nahiyəsinə şillə ilə zərbə vuraraq ona xəsarət yetirdim. Arvadımı vurduqdan sonra anası bizi ayıraraq sakitləşdirdi”.

İş üzrə zərərçəkmiş Səkinənin sözlərinə görə, hadisə günü, gecə saat təxminən 2 radələrində yaşadığı evdə yatarkən Zahid evə gəlib:

Zahid evə gəldikdən sonra yuxudan ayıldım və onu qarşıladım. Zahid sərxoş halda yaxınlaşaraq niyə onu gözləmədən yatdığımı soruşdu. Yorğun olduğumu, səhər işə gedəcəyimi bildirdim. Zahid mübahisə yaradaraq məni döymək istəməsini gördüm, evdən çıxaraq getdim. Evdən çıxaraq digər küçədə yaşayan qayınanamgilə getdim. Qayınanama bu barədə məlumat verdim. Qayınanam dedir ki, narahat olma, səni döyməz, get evində qal. Zahidin sərxoş olmasını, ayılandan sonra getmək istədiyimi bildirdim. Amma qayınanam narahat olmamağımı bildirərək mənimlə yaşadığım evə getdi. Evlərinə qayıdanda Zahid bizi qarşıladı və yenədə mübahisə etməyə başladı. Sevda Zahidə mübahisə etməməsini bildirsə də, Zahid yaxşı edib savaşdığını bildirdi. Aramızda olan mübahisə zamanı üzərimə gəldi və məni vurmaq istəyəndə onun əlindən tutdim, əl çəkməsini istədim. Bu zaman Zamiq sağ göz nahiyəmə yumruqla vuraraq mənə xəsarət yetirdi. Sevdaya mənim döyülməyim üçün gətirdiyini soruşdum. Vurduqdan sonra Sevda bizi ayırdı”.

Masallı rayon Məhkəməsinin qərarı ilə Zahid aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 9 ay müddətə islah işləri cəzasına məhkum edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az