Sosial Özəl

Hava limanından taksilərlə bağlı İDDİA: “Əsassızdır...” — Ekspert TƏKZİB ETDİ

Hava limanından taksilərlə bağlı İDDİA: “Əsassızdır...” — Ekspert TƏKZİB ETDİ

Heydər Əliyev Beynəlxalq Hava Limanı sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədilə hava limanının ərazisində yalnız rəsmi taksilərdən istifadə etməyi tövsiyə edir. Hava limanından verilən məlumata görə lisenziyasız taksilər qiymətləri şişirdir, aşağı keyfiyyətdə xidmət göstərir, hətta dələduzluq və oğurluq halları da baş verə bilər. Rəsmi taksilərsə lazımi təhlükəsizlik standartlarına əməl edir. Sürücülər peşəkar xidmət və şəffaf tariflər təqdim edirlər.

Hava limanının məlumatına Demokrat.az-a açıqlamasında münasibət bildirən nəqliyyat eksperti Rövşən Həsənov deyilənlərlə qismən razı olsa da razılaşmadığı məqamlar da var:

Hava limanından taksilərlə bağlı İDDİA: “Əsassızdır...” — Ekspert TƏKZİB ETDİ

“Bəzi məsələlər ölkənin vizit kartıdır. Hava limanı, dəmiryolları, avtovağzal kimi əhəmiyyətli xidmət sahələri buna aiddir. Gələn turistdə ilk öncə bunlara əsasən ölkə haqda fikir formalaşır. Bu mənada qismən razıyam.

Lakin taksilər haqda belə bir iddia irəli sürən qurumun əlində hər hansı sübut var? Əsaslanmamış iddiadır. Taksilərə nəzarət edən qurum yol polisidir. Bu haqda hər hansı məlumatı da ancaq o verə bilər. Hava limanı sərnişinlərin qarşılanması və yola salınması ilə məşğul olsun”.

Ekspert qeyd edib ki, rəsmi və qeyri-rəsmi fəaliyyət göstərən taksilər arasında qiymət fərqi var:

“Qeyri-rəsmi işləyən taksilər daha ucuz xidmət göstərə bilər. Çünki hansısa vergilərdən yayınırlar. Rəsmi işləyənlərinsə gündəlik planı var. Onlarda tariflər nisbətən yüksəkdir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova