Təhlil Özəl

“Reket QHT” sədri Samir Adıgözəlli — Bir də belə tanıyaq!

“Reket QHT” sədri Samir Adıgözəlli — Bir də belə tanıyaq!

İslahatlar, sağlamlaşdırma tədbirləri nəhayət ki, QHT-lərə də çatdı. Bu cameəyə yaxından bələd olanlar bilir ki, son bir neçə ay ərzində bu sahədə ciddi səliqə-səhman, intizam, işgüzar mühit yaradılıb. QHT-lərimiz heç vaxt olmamış kimi fəallaşıb, dövlət maraqlarını xüsusilə xarici auditoriyada daha güclü müdafiə edə bilmək üçün az qala yarışa çıxıblar, qısa müddətdə Azərbaycanın vətəndaş cəmiyyətinin təşəbbüsləri böyük rezonansa səbəb olub. İllərdir müftəxorluğa öyrəşmiş “reket QHT”lər üçün yeni vəziyyət heç arzuolunan deyil.

Ona görə son vaxtlar sosial mediada, heç kim üçün maraqlı olmayan səhifələrində səs-səsə verib, elə bağırmağa çalışırlar ki, doğrunun bağrı yarılsın. Amma əziyyət boğaza olur, daha bunlar keçmir. İntriqaları alovlandırmağa çalışsalar da, alınmır, axırda özlərini yandırırlar. Bu prosesin bir faydası var: cəmiyyət onları daha yaxşı tanıyır, istintaq orqanları isə materiallarını zənginləşdirirlər.

Elə buna görə də “reket QHT”ləri ifşa edən materialları davam etdiririk. Bu məlumatların ictimailəşdirilməsinin böyük əhəmiyyəti var. Buna qədər ifşa olunan bir sıra reketlər də məhz media sayəsində layiq olduqları yerlərə göndərildilər. Bəzilərini xatırlayaq.

“Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin sədri Elvin Mahmudzadə. Bu “reket QHT” sədri də Vətən müharibəsi iştirakçısının şikayəti əsasında saxlanılmışdı. Elvin Mahmudzadə qazilər üçün ayrılmış külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilib. E.Mahmudzadəyə qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.https://apa.az/az/incident/azerbaycan-vetenperverler-ictimai-birliyinin-sedri-hebs-olunub-775512

“Reket QHT” sədri Samir Adıgözəlli — Bir də belə tanıyaq!

“Yeni dövlətə dəstək” İctimai Birliyinin sədri Nəbi Qafarov haqda isə uzun-uzadı danışmağa dəyməz. Yaxın qohumuna qarşı əxlaqsızlıq hərəkətlərindən sonra videoları uzun müddət gündəmi zəbt etmişdi.

“İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri Rasim Məmmədov. “Azmetal” MMC-nin ünvanına təhdid və təhqirlərindən sonra məhbusa çevrildi. O, artıq 4-cu dəfədir ki, həbsxanaya düşür (https://modern.az/az/news/330862).

“Reket QHT” sədri Samir Adıgözəlli — Bir də belə tanıyaq!
“Reket QHT” sədri Samir Adıgözəlli — Bir də belə tanıyaq!

Siyahını uzatmaq da olardı. Amma bütün fraqmentləri birləşdirən bir cəhət var – onların hamısı “vətənpərvəlik”dən elə gur səslə danışırdı ki, fırıldaqçı, dələduz olmalarını heç kim başa düşməsin.

Ötən araşdırmamızda “reket QHT”lərin əsas simalarından biri Samir Adıgözəlli haqqında danışmışdıq.

S.Adıgözəlli Rasim Məmmədovun “reket”liklə yaşam tərzini nöqtəsinə qədər kopyalayıb, özünü ona oxşadıb. R.Məmmədov kimi ofisi var, onun kimi saytı fəaliyyət göstərir, onun kimi bütün tədbirlərdə mənasız çıxışlar edir və ən əsası hamını ittiham etməyə görə inanılmaz dərəcədə oxşardılar. Necə deyərlər, R.Məmmədovun əlindən su içib.

Samir Adıgözəllinin yaxın çevrəsindəki daha bir fırıqdaqçı saxta “general-mayor” Firdovsi Ələkbərovdur. S.Adıgözəllinin F.Ələkbərov üçün maklerlik edib, ona müştərilər tapması barədə məlumatlar vardır.

“Reket QHT” sədri Samir Adıgözəlli — Bir də belə tanıyaq!
“Reket QHT” sədri Samir Adıgözəlli — Bir də belə tanıyaq!
Əvvəllər dəfələrlə məhkum olunmuş F.Ələkbərov general formasında özünü İnsan Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Komitə (International Human Rights Defence Committee) adlı beynəlxalq təşkilatın Paris Departamentinin Mərkəzi Asiya Layihəsi üzrə rəhbəri kimi təqdim edərək dələduzluq edirdi. Sonradan məlum olmuşdu ki, o, ayrı-ayrı zərərçəkənləri təşkilatın Azərbaycan nümayəndəliyində rəhbər vəzifələrə təyin etdirəcəyini, onlara “general”, “polkovnik” və digər rütbələr, həmçinin diplomatik pasport, eləcə də təşkilatın nişanının veriləcəyini vəd etmiş, külli miqdarda pulları ələ keçirmişdi. Əvəzində isə zərərçəkmiş şəxslərə saxta diplomatik pasport, saxta vəsiqə və digər saxta sənədlər satmışdı.

“Reket QHT” sədri Samir Adıgözəlli — Bir də belə tanıyaq!
“Reket QHT” sədri Samir Adıgözəlli — Bir də belə tanıyaq!
“Reket QHT” sədri Samir Adıgözəlli — Bir də belə tanıyaq!

F.Ələkbərovun Nəsimi rayonunda yerləşən ofisinə baxış zamanı təşkilatın adından qanunsuz hazırlanmış, özünə aid saxta diplomatik pasport, saxta xidməti vəsiqə, müxtəlif saxta sənədlər, iki dəst general forması və digər maddi sübutlar aşkar edilərək götürülmüşdü. Deyilənə görə, faktlar ifşa olunandan sonra pulla S.Adıgözəllinin vasitəçiliyi ilə saxta “general forması və vəsiqəsi” alanların bəziləri rüsvay olmamaq üçün bu məlumatları ictimaiyyətə açıqlamayıblar. S.Adıgözəlli “saxta general”ı onlara Beynəlxalq İnsan Hüquqları Müdafiə Komitəsinin Asiya departamentinin rəhbəri kimi təqdim etmişdi.

“Reket QHT” sədri Samir Adıgözəlli — Bir də belə tanıyaq!
Lakin az keçməmiş, “saxta general” həbs olunan kimi onun haqqında ilk məlumatı yazan da S.Adgözəllinin rəhbəri olduğu sayt oldu.https://boyukmillet.com/bas-mut%C9%99s%C9%99kkil-cinay%C9%99tkarliqla-mubariz%C9%99-idar%C9%99si-d%C9%99l%C9%99duz-general-firdovsi-%C9%99l%C9%99kb%C9%99rovu-ifsa-etdi-foto/

Yəqin ki, nəsə bölüşdürə bilmədilər və F.Ələkbərov güdaza getdi.

Samir Adıgözəllinin işbirliyində olmuş daha bir şəxs Çexiyada yaşayan, özünə “professor” ləqəbi artırmış Azər Kərimovdur. Özünü Çexiyada universitetlərdən birinin professoru kimi təqdim etmiş Kərimov Beynəlxalq Diaspor Mərkəzinin Şərqi Avropa üzrə koordinatoru olub və diaspor fəaliyyətində ayda-ildə bir dəfə görünüb.

“Reket QHT” sədri Samir Adıgözəlli — Bir də belə tanıyaq!
“Reket QHT” sədri Samir Adıgözəlli — Bir də belə tanıyaq!

A.Kərimovun bu xətdə qoşulmasında əsas marağı Çexiyaya daha çox tələbə aldadaraq aparmaq olub. İnsafən, BDM sədri İsmayıl Ağayev bu işə yaxın durmayıb, amma tamahı ilə bacarmayan S.Adıgözəlli bir çox azərbaycanlı tələbənin aldadılaraq “təhsil” adı ilə Çexiyaya göndərilməsində müstəsna xidmətlər göstərib.

Məsələ burasındadır ki, “diaspor-diaspor”, “Vətən, millət, Sakarya” deməklə göz qamaşdıran S.Adıgözəllinin xaricdə fəaliyyət göstərməsində bir xətt davamlı olaraq diqqət çəkir. O, layihələrini ya Ukrayna, ya da Türkiyədə reallaşdırmağa üstünlük verir, daha doğrusu, bu iki ölkədəki bəzi şəxs və qurumlarla işləməkdə daha çox maraqlıdır. Niyə məhz bu iki ölkə? COVİD-19 pandemiyası dövründə və Ukraynada müharibə başlamazdan az öncə S.Adıgözəllinin Ukraynada peyda olması təsadüfi olmayıb. Qoy bu sualın cavabı sonraya qalsın.

Son vaxtlar Samir Adıgözəllinin hədəfində olan dövlət rəsmilərindən biri isə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyevdir. Halbuki, Samir Adıgözəlli bir neçə il əvvəl məhz Azay Quliyevin tərifini göylərə qaldırırdı.

“Reket QHT” sədri Samir Adıgözəlli — Bir də belə tanıyaq!

“Reket QHT” sədri Samir Adıgözəlli — Bir də belə tanıyaq!
Bu yaxınlara qədər də Samir Adıgözəlli QHT sektorundakı uğurlardan danışmaqdan yorulmurdu.

Samir Adıgözəlli həm də aldığı qrantlar çərçivəsində keçirdiyi tədbirlərin maliyyə yükünü ayrı-ayrı şəxslərə yükləməsinə görə də ad çıxarmış istedad sahibidir. “Karapapaq Türkləri” (KARPAT) təşkilatının başqanı Erkan Koçali yəqin hələ də başa düşməyib ki, Türkiyədə “Zəfər Medya” ödülü tədbirində zalın icarəsi, gələn qonaqlara ziyafət verilməsi xərclərini necə oldu ki, o, ödəməli oldu.

“Reket QHT” sədri Samir Adıgözəlli — Bir də belə tanıyaq!
CHP fəalı Erkan Koçalinin Ə.İmamoğlu ilə yaxın münasibətləri var. S.Adıgözəlli onun vasitəsilə Ə.İmamoğlu ilə görüşməyə nail olub.

“Reket QHT” sədri Samir Adıgözəlli — Bir də belə tanıyaq!
S.Adgözəlli xasiyyətcə şöhrətpərəst adamdır. Bunu onun sosial media səhifələrindən açıq görmək olur. Məsələn, burada o, “yardım paylayır”:

“Reket QHT” sədri Samir Adıgözəlli — Bir də belə tanıyaq!
Yəqin yas mərasimində molla ilə görüşməsini sosial media səhifəsinə yerləşdirən ikinci QHT sədri tapılmaz:

“Reket QHT” sədri Samir Adıgözəlli — Bir də belə tanıyaq!
Onun əlindən badə düşməməsi, davamlı olaraq yeyib-içmək məclislərində iştirakı öz paylaşımlarından da bəlli olur:

“Reket QHT” sədri Samir Adıgözəlli — Bir də belə tanıyaq!
“Reket QHT” sədri Samir Adıgözəlli — Bir də belə tanıyaq!
Bu yaxınlarda metroya əlində badə ilə getməsi isə bir başqa macəradır. Nə isə...

Samir Adıgözəlli özünü ən müxtəlif sahələrdə sınamaqda davam edir. Məqsəd birdir: daha çox qanunsuz gəlir əldə etmək. Görəsən, Füzuli küçəsində yerləşən aptekindəki dərmanlar da əməlləri kimi saxtadır? Məhəmmədi kəndindəki restoran və “maşınyuma məntəqəsi” necə peyda olub?

Həqiqətən, Samir Adıgözəlli kimdir: partiya sədri, jurnalist, QHT sədri, yoxsa sahibkar? İstintaq üçün onun bu titulların hamısını raketçilik, şantaj üsulları ilə əldə etməsini üzə çıxarmaq çətin olmayacaq.

“Reket QHT”lərin ifşası üçün istintaqa yardım etməkdə davam edəcəyik.

Vaqif Hüseynli Demokrat.az

D
demokrat.az