Türkiyənin Mersin vilayətində işçiləri daşıyan mikroavtobus ilə minik avtomobili toqquşub.
Demokrat.az xəbər verir ki, hadisə səhər saatlarında vilayətin Akdeniz rayonunda baş verib.
Hadisə yerinə təcili tibbi yardım və xilasetmə qrupları göndərilib.
İlkin baxış zamanı qəzada 14 nəfərin xəsarət aldığı öyrənilib.
Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Təfərrüatlar araşdırılmağa davam edir.
Aysu Demokrat.az


