İdman

Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atılacaq

Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atılacaq

Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

Peşəkar Futbol Liqasından verilən məlumata görə, tədbir avqustun 5-də AFFA-nın inzibati binasında keçiriləcək. Saat 15:00-da başlanacaq tədbir 8 klubun nümayəndələrinin iştirakı ilə gerçəkləşəcək.

Qeyd edək ki, Premyer Liqada yeni mövsüm 16 avqustda başlayacaq.

D
demokrat.az