Hadisə

Bakıda 64 yaşlı qadını avtomobil vurdu

Bakıda 64 yaşlı qadını avtomobil vurdu

Bakının Binəqədi rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, Rəsulzadə qəsəbəsində avtomobil yolu keçən 1959-cu il təvəllüdlü Bağırova Tamara Yezgey qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona soltərəfli inci və bazu sümüklərinin sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.//Report

D
demokrat.az