Hadisə

Nizami rayonunda 48 yaşlı kişini avtomobil vurdu

Nizami rayonunda 48 yaşlı kişini avtomobil vurdu

Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, avtomobil yolu keçən 1975-ci il təvəllüdlü Babayev Anar Mirzə oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.//Report

D
demokrat.az