Türkiyənin Ərzurum vilayətində dəhşətli yanğın baş verib.
Demokrat.az xəbər verir ki, vilayətin Pazaryolu məhəlləsində baş verən yanğın küləkli hava səbəbilə ətraf ərazilərə yayılıb.
Xəbərdarlıqdan sonra əraziyə AFAD ekipajları göndərilib.
Komandaların təxminən 5 saat davam edən işi ilə yanğın nəzarətə götürülərək söndürülüb.
İnsan tələfatı olmayan yanğında 7 ev və 8 tövlə yararsız hala düşüb.
Qeyd edək ki, yanğının hansı səbəbdən baş verməsi məlum deyil.
Aysu Demokrat.az


