Türkiyənin Dənizli vilayətində avtomobilin aşması nəticəsində yanğın baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində sürücü və atası dünyasını dəyişib, avtomobildə olan digər 2 nəfər isə ağır yaralanıb.
Əraziyə təcili tibbi yardım, polis və xilasetmə qrupları gəlib. Yaralılar xəstəxanaya yerləşdirilib.
Qəzanın təfərrüatları araşdırılır.
Aysu Demokrat.az


