Hadisə Özəl

İtaliyada qatarın vurduğu 5 dəmiryolçu öldü

İtaliyada qatarın vurduğu 5 dəmiryolçu öldü

İtaliyada gecə saatlarında Turin-Milan dəmir yolu xəttində işləyən işçiləri qatar vurub.

Demokrat.az xəbər verir ki, bu barədə məlumatlar İtaliya mətbuatında yer alıb.

Məlumata görə, qəza nəticəsində 5 işçi həlak olub.

Qəza dəmiryolçuların 1 saylı platformada relslərə qulluq və təmir işlərinə başladıqları zaman baş verib.

Hadisə zamanı qatarın saatda 160 kilometr sürətlə hərəkət etdiyi müəyyən edilib.

Hadisənin təfərrüatları araşdırılır.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova