Xarici siyasət Özəl

Hakan Fidan sabah Rusiyaya səfər edəcək

Hakan Fidan sabah Rusiyaya səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Rusiya Federasiyasına işgüzar səfər edəcək.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, nazir Hakan Fidan 31 avqust-1 sentyabr 2023-cü il tarixlərində Rusiyaya işgüzar səfər edəcək.

Səfər çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüş həyata keçiriləcək.

Qeyd edək ki, görüşdə regional və qlobal hadisələr, xüsusilə də ikitərəfli münasibətlərlə bağlı məsləhətləşmələrin aparılacağı gözlənilir.

Səfər iki gün davam edəcək.

Aysu Demokrat.az

D
demokrat.az