Hadisə Özəl

Bakıda dostlar arasında borca görə DAVA — TƏFƏRRÜAT

Bakıda dostlar arasında borca görə DAVA — TƏFƏRRÜAT

Bakının Nərimanov rayonunda 1978-ci il təvəllüdlü Eldar şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı tanışı Valehə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin mayın 31-də baş verib.

Eldar həmin gün saat 09.10-da dostu Valehlə kirayədə yaşadığı mənzilə gəlib.

Həmin evin qonaq otağında şəxsi münasibətlər zəminində mübhisə ediblər. Mübahisə zamanı Eldar qəsdən yumruqla Valehin baş və bədən nahiyyələrinə bir neçə dəfə vuraraq ona xəsarətlər yetirib.

Hadisəni törədən Eldarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Eldar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, zərərçəkmiş Valehi uzun müddətdir tanıyır və onunla dostluq münasibətləri var:

“Təxminən 4 ay bundan əvvəl Valeh məndən 300 manat borc aldı. Dörd ay keçməsinə baxmayaraq həmin pulu ala bilmədim. Hadisə günü, saat 09.10-da Valehin yaşadığı mənzilə gəldim. Ondan pulumu istəsəm də, pulunun olmadığını bildirdi. Buna görə aramızda mübahisə yarandı. Mübahisə zamanı Valehin baş və bədən nahiyyələrinin müxtəlif yerlərinə bir neçə yumruq zərbələri vuraraq ona xəsarət yetirdim”.

Nərimanov rayon Məhkəməsinin hökmü ilə Eldar aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az