İşğal altındakı İordan çayının qərb sahilinə basqın edən İsrail əsgərləri 5 fələstinlini yaralayıb.
Demokrat.az xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi "WAFA" məlumat yayıb.
Məlumata görə, basqınçılar Cenin şəhərinə hücum edərək 4 fələstinlini güllələyib.
Yaralanan 4 nəfərə müdaxilə edilərkən 1 tibb işçisi də güllə yarası alıb.
Səhiyyə Nazirliyi sözügedən yaralıların İbn Sina Xəstəxanasında müalicələrinin davam etdiyini açıqlayıb.
Aysu Demokrat.az


